- Baxış sayı: 122
- 15 Dekabr 2025 16:26
- Baxış sayı: 128
- Dekabr 19, 2025
- 0


Monteneqroda 20 yaşl şahmatçıların dünya çempionatında gümüş medal qazanan Ayan Allahverdiyeva Vətənə qayıdıb. Allsport.az saytı xəbər verir ki, onu Heydər Əliyev beynəlxalq hava limanında AŞF-in nümayəndələri və yaxınları qarşılayıblar.
Azərbaycan şahmatçısı mötəbər yarışda gümüş medal qazanmasını belə dəyərləndirib: “Avropa çempionatında səhvlərim çox oldu. Səhvlər az olsaydı, daha yüksək yer tuta bilərdim. Məğlubiyyətdən sonra toparlanmağı bacardım və finişə qədər uğurlu çıxış etməyə çalışdım.
Qazandığım nailiyyətdə əməyi olan hər kəsə – məşqçimə, Azərbaycan Şahmat Federasiyasına və doğmalarıma təşəkkür edirəm. Növbəti yarışlarda da onları sevindirməyə çalışacam”.