- Baxış sayı: 47
- 13 Fevral 2026 16:21
- Baxış sayı: 266
- Fevral 13, 2026
- 0

U-23 Avropa çempionatı başa çatdı. Allsport.az saytı xəbər verir ki, sərbəst güləş millimiz digər komandalarımızın uğurunu davam etdirdi.
1 qızıl, 2 gümüş və 2 bürünc medal qazanan bahadırlar 137 xal toplayaraq, komanda hesabında Avropa çempionu olub. Türkiyə (119) 2-ci, Moldova (96) isə 3-cü yeri tutub.
Xatırladaq ki, millimizin heyətində Cəbrayıl Qadjiyev qızıl, Kənan Heybətov (70 kq) və Ali Tsokayev (79 kq) gümüş, Nürəddin Novruzovla (61 kq) Arseniy Djioyev (86 kq) isə bürünc medal qazanıb.