- Baxış sayı: 14
- 13 Mart 2026 20:48
- Baxış sayı: 87
- Mart 13, 2026
- 0

Premyer liqanın 15-ci turunun “Qarabağ”la oyunu “Səbail”in 2 üzvü üçün yubileylə əlamətdar olub.
Allsport.az xəbər verir ki, komandanın baş məşqçisi Aftandil Hacıyev yetirmələrini 50-ci rəsmi matça çıxarıb. 2018-ci ilin yayından bu vəzifədə çalışan mütəxəssis 43 çempionat, 5 kubok və 2 avrokubok görüşündə komandaya rəhbərlik edib.
“Səbail”in futbolçusu Fəhmin Muradbəyli klub tarixinə premyer liqada 50 oyun keçirən ilk oyunçu kimi düşüb. O, 2018-ci ildən çıxış etdiyi komandada 6 qol vurub.