- Baxış sayı: 35
- 05 Aprel 2026 11:00
- Baxış sayı: 125
- Aprel 03, 2026
- 0

ABŞ, Meksika və Kanadanın ortaq ev sahibliyi edəcəyi dünya çempionatının sonuncu – 48-ci iştirakçısı İraq komandası oldu.
Allsport.az xəbər verir ki, qitələrarası pley-off mərhələsinin finalında cənubi Amerika təmsilçisi Boliviya ilə qarşılaşan İraq rəqibini məğlub edərək adını mundiala yazdırıb. Yüksək dağlıq şəraitdə keçirilən ev oyunlarında “yenilməz” imicini qoruyan Boliviyanın bu “sehrli gücü” neytral meydanda işə yaramayıb. İraq futbolçuları rəqibi “göylərdən yerə endirərək” tarixi zəfər qazanıblar.
İraq millisi sonuncu və yeganə dəfə 1986-cı ildə Meksikada keçirilən dünya çempionatında iştirak edib. Həmin vaxt əfsanəvi Əhməd Radinin qolu ilə yadda qalan komanda, 40 ildən sonra yenidən şimali Amerikada keçiriləcək turnirə qayıdır. Maraqlıdır ki, o dövrdə Səddam Hüseynin rəhbərliyi altında olan ölkə indi tamamilə fərqli bir siyasi və sosial dövrdə bu uğuru təkrarlayır.
2007-ci ildə Asiya kubokunun qalibi olaraq ən böyük uğuruna imza atan İraq futbolu, uzun illərdir davam edən sabit çıxışını nəhayət ki, dünya çempionatı vəsiqəsi ilə taclandırdı.