- Baxış sayı: 41
- 26 Yanvar 2026 21:26
- Baxış sayı: 433
- Yanvar 26, 2026
- 0

“Sabah” Azərbaycan premyer liqasının XVII turunda “Karvan-Yevlax”a 4:1 hesabı ilə qalib gəlib. Allsport.az xəbər verir ki, bu, Bakı klubunun yüksək dəstədə 20-ci böyükhesablı qələbəsi olub. Paytaxt təmsilçisi 11 dəfə evdə, 9 dəfə səfərdə üç və ya daha çox top fərqi ilə qalib gəlib.
“Sabah” 20 və ya daha çox oyunda belə qələbə qazanan 15-ci komandadır. Onlar bu göstəricidə “ANS-Pivani”yə çatıb.
“Sabah” ilk belə qələbəsini 2019-cu il sentyabrın 29-da qazanıb. “Səbail”lə ev matçında 3 cavabsız qol vurulub.