“Sabah” ABL-də ilk finalçıdır

“Sərhədçi” idman mərkəzində Azərbaycan basketbol liqasının (ABL) növbəti yarımfinal oyunu baş tutub.

Allsport.az xəbər verir ki, pley-offun yarımfinal mərhələsində, “Xırdalan” və “Sabah” komandaları seriyanın 2-ci oyununa çıxıblar. Oyunun əvvələrindən bərabər şəkildə davam edən mübarizə, yekunda “Sabah” klubunun 81-62 hesablı qələbəsi ilə bitib. Bu qələbə ilə “Sabah” seriyada 2-0 hesablı qalibiyyət əldə edib və ilk finalçı olub.

Ən məhsuldar basketbolçular: “Xırdalan” (Cessi Qi – 15 xal, 5 götürmə), “Sabah” (Maykl Holton – 22 xal, 4 götürmə).

Həmin kateqoriyadan