- Baxış sayı: 50
- 06 Mart 2026 19:13
- Baxış sayı: 296
- Mart 05, 2026
- 0

“Sərhədçi” idman mərkəzində basketbol üzrə Azərbaycan Kubokunun “B” qrupunda növbəti 2 oyun keçirilib. Allsport.az saytı xəbər verir ki, günün ilk matçında meydan sahibi “Şəki”ni 92:81 üstələyib. Qonaqlarda Hüseyn Əsgərli (20 xal, 5 götürmə), “Sərhədçi”də Cəbrayıl Əkbərov (20 xal, 16 götürmə) fərqləniblər.
Günün 2-ci oyununda kubokun əsas favoriti “Sabah” Gəncənin eyni adlı komandasını 89:77 məyus edib. Ən məhsuldar basketbolçular: “Sabah” (Endər Poladxanlı – 25 xal, 8 götürmə), “Gəncə” (Derek Rouds – 21 xal, 2 ötürmə).