- Baxış sayı: 37
- 13 Aprel 2025 12:11
- Baxış sayı: 26
- Aprel 14, 2025
- 0
Azərbaycan basketbol liqasında müntəzəm çempionatın qalibi bəlli olub.
Allsport.az xəbər verir ki, “Sabah” ardıcıl ikinci mövsümdə mərhələni 1-ci yerdə başa vuracağını təmin edib.
Son çempion XVIII turun nəticəsindən asılı olmayaraq rəqibləri üçün əlçatmaz olub. Düzdür, hazırda 31 xala malik “Sabah” son turda “Xəzri”ni məğlub etməsə, NTD-İndiqo liderə çata bilər. Amma şəxsi oyunlarda üstün olan “Sabah” zirvədə qalacaq – 81:70, 83:79.
Qeyd edək ki, 18 turdan ibarət olan müntəzəm çempionatda ilk 2 yeri tutan komandalar yarımfinala, 3-6-cı pillələrin sahibləri pley-offda mübarizəni davam etdirəcəklər.