- Baxış sayı: 37
- 25 Mart 2026 22:56
- Baxış sayı: 207
- Mart 25, 2026
- 0

“Sabah” heyətini yeni futbolçu ilə gücləndirib.
Allsport.az xəbər verir ki, “bayquşlar” Stiv Solvetlə iki illik müqavilə imzalayıb.
Stiv karyerası ərzində Fransanın “Strasburq B” (2014–2018), “Dijon B” (2018–2019), “Berjerak” (2019–2020), “Set” (2020–2022), “Orlean” (2022–2024) və “Martiq” (2024–2025) klublarının formasını geyinib.
Qvadelupa yığmasının mərkəz müdafiəçisi olan Solvet, milli komandada 13 oyunda 2 qola imza atıb.