- Baxış sayı: 28
- 09 Mart 2026 21:25
- Baxış sayı: 296
- Mart 05, 2026
- 0

19 yaşadək futbolçular arasında Azərbaycan çempionatına yekun vurulub.
Allsport.az xəbər verir ki, gənclər liqasında son matçlardan sonra mükafatlandırma mərasimi baş tutub.
33 turdan ibarət çempionatı 75 xalla birinci pillədə tamamlayan “Sabah”a mükafatlar təqdim olunub. Paytaxt təmsilçisi 2024/25 mövsümündə Azərbaycanı UEFA gənclər liqasında təmsil edəcək.
“Səbail” 65 xalla ikinci, “Neftçi” 64 xalla üçüncü yeri tutublar. “Sabah”ın futbolçusu Həmzəalı Mikayılov Gənclər Liqasının ən yaxşı oyunçusu seçilib. Yarışın ən məhsuldar futbolçu isə 33 qolla “Səbail”in üzvü Amir Qəribov olub.