Sabah paytaxtımızda dünya çempionatına start veriləcək

Sabah Bakıda batut gimnastikası üzrə dünya çempionatı start götürəcək.

Allsport.az xəbər verir ki, ölkəmizdə bu növ üzrə daha əvvəl Avropa çempionatı və çoxsaylı dünya kubokları keçirilsə də, paytaxtımız havada pərvazlanan dünya ulduzlarını ilk dəfə belə bir irimiqyaslı yarışda Milli gimnastika arenasına toplayacaq.

İlkin qeydiyyat siyahısına əsasən, yarışda 33 ölkədən 300-dək gimnast iştirak edəcək. 4 gün davam edəcək çempionatda gimnastlar batut üzərində fərdi və sinxron tullanışlar, tamblinq və ikili mini-batut üzrə proqramlarda çıxış edəcəklər. Bundan əlavə, komanda hesabında qaliblər müəyyənləşəcək.
Noyabrın 21-dək davam edəcək yarışların ilkin cədvəlinə əsasən, ilk 2 gün təsnifat, sonuncu 2 gün isə finallar keçiriləcək. Qaydalara əsasən, 1 iştirakçı 1 neçə proqramda çıxış edə bilər.

Çempionatda hər bir proqram üzrə təsnifat və final mərhələləri baş tutacaq.

Həmin kateqoriyadan

AzerbaijaniEnglishRussianTurkish