”Sabah” növbəti mərhələyə darmadağınla keçdi

“Sabah” komandası konfrans liqasının II təsnifat mərhələsində Moldova “Petrokub”una qarşı cavab görüşünə çıxıb. 

Allsport.az xəbər verir ki, “Əlincə” stadionunda təşkil olunmuş oyun Azərbaycan təmsilçisinin inamlı qələbəsi ilə yekunlaşıb – 4:1.

Valdas Dambrauskasın rəhbərlik etdiyi kollektivin qollarını Coy-Lens Mikels (22, 28 və 44-cü dəqiqələr) və Pavol Şafranko (45+1) vurub.

Rəqibin yeganə qolununun müəllifi “bayquşlar”ın müdafiəçisi Stiv Solvet olub. O, 41-ci dəqiqədə topu öz qapısına göndərib.

“Sabah” səfər matçında da 2:0 hesablı qələbə qazandığı üçün konfrans liqasının III təsnifat mərhələsinə yüksəlib.

Növbəti rəqib Bakı vaxtı ilə saat 23:00-da başlanacaq “Braqa” (Portuqaliya) – “Levski” (Bolqarıstan) görüşündən sonra müəyyənləşəcək. Bu komandalar arasındakı ilk matçda qalib müəyyənləşməyib – 0:0. Cütün məğlub komandası konfrans liqasının III təsnifat mərhələsində “Sabah”la üz-üzə gələcək.

Həmin kateqoriyadan