- Baxış sayı: 9
- 09 Mart 2026 19:49
- Baxış sayı: 293
- Mart 05, 2026
- 0

İspaniyanın paytaxtı Madriddə keçirilən “MadCup” beynəlxalq turnirində iştirak edən “Sabah”ın U-10 komandası turnir çərçivəsində ilk oyunlarını keçirib.
Allsport.az xəbər verir ki, komanda ilk matçında yerli “CDE DR scademy sport” klubuna böyük hesabla qalib gəlib – 8:0. Matçda qollara Amin Adıgözəlov, Ayxan Hüseynli, Cavidan Ağayev (2), David Zeynalov, Mehbalı Qəhrəmanlı, Əbəlfəzabbas Qasımlı və Yusif Baxşıyev imza atıblar.
Komanda növbəti oyunlarında ABŞ-nin “Doral” (0:2) və İspaniyanın “CF Pozuelo De Alarcon” (2:7) komandalarına məğlub olub. Son matçda qollara Nihad Həsənov və David Zeynalov imza atıblar.
U-10 komandanın üzvləri və məşqçilər heyəti turnirin açılış mərasimində iştirak edəcək dünya futbolunun ulduzlarından David Vilyayla görüşüb.