- Baxış sayı: 40
- 06 Fevral 2026 23:36
- Baxış sayı: 130
- Fevral 06, 2026
- 0

AFFA intizam komitəsinin iclası keçirilib.
Allsport.az xəbər verir ki, toplantıda Azərbaycan kubokunda 1/2 final mərhələsinin “Sabah” – “Neftçi” cavab oyununda baş verənlərlə bağlı qərarlarını verilib.
“Bayquşlar”a oyun bitdikdən sonra meydana kənar şəxslər daxil olduğuna görə 800 manat, klubun azarkeşləri meydana kənar əşyalar atdıqlarına görə 800 manat, pirotexniki vasitədən istifadə edildiyinə görə 1500 manat cəza kəsilib.
“Flaqman” isə azarkeşlərinin meydana kənar əşyalar atmaları səbəbindən 800 manat ziyana düşüb.