- Baxış sayı: 36
- 24 Noyabr 2024 22:46
- Baxış sayı: 98
- Noyabr 21, 2024
- 0
“Həftəlik ritmə oturmaq istəyirik. Ona görə bu oyun vacib idi. Çempionatda həftədə bir matç keçirəcəyik və buna uyğunlaşmalıyıq”.
Allsport.az xəbər verir ki, “Kəpəz”in baş məşqçisi Şahin Diniyev bu sözləri klubun mətbuat xidmətinə açıqlamasında deyib. Başçılıq etdiyi komandanın “Neftçala” ilə yoxlama oyunu haqda danışan təcrübəli mütəxəssis rəqibi tərifləyib:
“I Divizionda mübarizə aparan Neftçala təmsilçisindən yoxlama oyunu keçirmək üçün xahiş etdik, sag olsunlar ki, etiraz etmədilər. Yaxşı görüş oldu. “Neftçala” layiqli rəqib idi. Premyer Liqada oynaya biləcək komandalardandır”.
Aşağı liqa klubu ilə oyun “Kəpəz”in çempionat öncəsi hazırlıq dönəmində son sınaq matçı olub. Bu mənada Diniyevin komandası üçün qarşılaşma xüsusi əhəmiyyət daşıyıb: “Meydanda hər hissədə bir heyətə şans verdim. Əsas heyətdən başqa “18-liy”i də müəyyənləşdirdim. Sonuncu sınaq matçı kimi bu oyun bizə çox lazım idi. Səhvlər üzərində işləyəcəyik, çatışmazlıqları minimuma endirməyə çalışacağıq. Oyunumuzdakı yaxşı şeyləri artırmağa səy göstərməliyik”.