- Baxış sayı: 80
- 18 Mart 2023 11:59
- Baxış sayı: 24
- Mart 21, 2023
- 0
İtaliyanın Sardiniya adasında gənc qız şahmatçıların dünya çempionatı sona yetmək üzrədir. Allsport.az saytı xəbər verir ki, təmsilçimiz Gövhər Beydullayeva 9-cu turda Ermənistan təmsilçisi Məryəm Mkrtçyanla qarşılaşıb.
Ağ fiqurlarla oynayan 19 yaşlı idmançımız, 47-ci gedişdə rəqibini təslim olmağa məcbur edib. Bu qələbə ilə xallarının sayını 8-ə yüksəldən Gövhər ən yaxın rəqibini 1 xal qabaqlayaraq öncüllüyünü daha möhkəmləndirib.