- Baxış sayı: 44
- 06 Fevral 2026 23:36
- Baxış sayı: 139
- Fevral 06, 2026
- 0

“Qarabağ”ın qapıçısı Şahruddin Məhəmmədəliyev premyer liqada 100-cü oyununu keçirib. Allsport.az saytı xəbər verir ki, onun yubileyi XXVIII turun “Neftçi” ilə matçına təsadüf edib. 4:1 hesablı qələbədə 85-ci topunu buraxıb.
Şahruddin premyer liqada 2013/14 mövsümündə “Sumqayıt”ın heyətində debüt edib. O bu komandada 33 oyunda 49, “Qarabağ”dakı 67 matçda 35 qol buraxıb.
Qolkiper XVI turun “Sumqayıt”la təxirə salınan matçında “Qarabağ”ın heyətində bütün turnirlər nəzərə alınmaqla 100-cü oyununu keçirmişdi.