Şahzadə II Albertdən xoşməramlı səfir titulunu alıb

“Ferrari”nin sürücüsü Şarl Lekler, şahzadə II Albert tərəfindən xüsusi mərasimdə Monakonun xoşməramlı səfiri seçilib. Allsport.az saytı xəbər verir ki, bu titul Albertin anası şahzadə Qreys tərəfindən 1973-cü ildə təsis edilmiş Monako səfirlər klubu tərəfindən verilir.

Mükafat “cırtdan ölkə”nin beynəlxalq nüfuzuna töhfə verənlərə təqdim olunur. Gəncliyindən bəri Leklerkin karyerasını dəstəkləyən şahzadə pilota toy hədiyyəsi də təqdim edib – Lekler bu yaxınlarda Aleksandr Sen-Mleu ilə evlənib.

Şarl, Formula-1 tarixində Monakoya təmsil edən 5 pilotdan biridir. 2018-ci ildə debüt etdiyindən bəri o, knyazlıq üçün səkkiz qran-pri yarışında qalib gəlib.

Həmin kateqoriyadan