- Baxış sayı: 85
- 28 Oktyabr 2026 21:14
- Baxış sayı: 255
- Oktyabr 25, 2026
- 0

“Mersedes”in pilotu Kimi Antonelli Yaponiya qran prisində tarixi uğura imza atıb.
Allsport.az xəbər verir ki, bu, F1 tarixində ilk sıradan start götürən pilotun qazandığı 500-cü qələbədir. İlk belə uğuru 1950-ci ildə Cüzeppe Farina qazanıb, rekord isə 61 qələbə ilə Lüis Həmiltona məxsusdur.
Antonelli həmçinin bu qələbə ilə turnir cədvəlində liderliyə yüksələn ən gənc pilot olub.