- Baxış sayı: 42
- 19 Dekabr 2025 23:49

- Baxış sayı: 174
- Dekabr 19, 2025
- 0


Azərbaycan komandasının iyunun 7-də Riqadakı “Skonto” stadionunda Latviya, iyunun 10-da isə “Liv Bona Dea Arena”da Macarıstan yığmasına qarşı keçirəcəyi yoldaşlıq oyunları üçün heyəti müəyyənləşib.
Allsport.az xəbər verir ki, millinin baş məşqçisi Fernandu Santuş AFFA-nın inzibati binasında təşkil edilən mətbuat konfransında komandaya çağırdığı futbolçuların adlarını açıqlayıb. Portuqaliyalı mütəxəssis mayın 27-dən təlim-məşq toplanışına başlayacaq heyətə aşağıdakı oyunçuları dəvət edib:
| S. | Ad/Soyad | Klub |
| 1 | Rza Cəfərov | Neftçi |
| 2 | Şahrudin Məhəmmədəliyev | Qarabağ |
| 3 | Aydın Bayramov | Zirə |
| 4 | Abbas Hüseynov | Qarabağ |
| 5 | Mert Çelik | Səbail |
| 6 | Bəhlul Mustafazadə | Qarabağ |
| 7 | Bədavi Hüseynov | Qarabağ |
| 8 | Zamiq Əliyev | Eqnatia (Albaniya) |
| 9 | Rəhman Daşdəmirov | Sabah |
| 10 | Elvin Bədəlov | Sumqayıt |
| 11 | Elvin Cəfərquliyev | Qarabağ |
| 12 | Cəlal Hüseynov | Şamaxı |
| 13 | Səbuhi Abdullazadə | Sumqayıt |
| 14 | Ceyhun Nuriyev | Zirə |
| 15 | İsmayıl İbrahimli | Zirə |
| 16 | Rauf Rüstəmli | Şamaxı |
| 17 | Şahin Şahniyarov | Qəbələ |
| 18 | Emin Mahmudov | Neftçi |
| 19 | Anatoli Nuriyev | Sabah |
| 20 | Toral Bayramov | Qarabağ |
| 21 | Mahir Emreli | Nürnberq (Almaniya) |
| 22 | Nəriman Axundzadə | Qarabağ |
| 23 | Xəyal Əliyev | Sabah |
| 24 | Renat Dadaşov | Radomiak Radom (Polşa) |
| 25 | Musa Qurbanlı | Qarabağ |