- Baxış sayı: 39
- 19 Dekabr 2025 23:49

- Baxış sayı: 161
- Dekabr 19, 2025
- 0


Müqaviləsi başa çatan daha 3 futbolçu “Kəpəz” komandasını tərk edib.
Allsport.az xəbər verir ki, Turan Manafov, Nicat Süleymanov və Camal Cəfərovun sözləşmələri yenilənməyib.
Müdafiəçi Manafov ötən mövsüm 28 çempionat matçında meydana çıxaraq 2 qol vurub, 2 məhsuldar ötürmə edib.
“Kəpəz”də ikinci mövsümünü keçirmiş Nicat Süleymanov 20 oyunda 1 qola imza atıb. Yarımmüdafiəçi 2022/2023 mövsümündə komandada 28 oyunda 2 dəfə fərqlənib.
Klubda icarə əsasında çıxış etmiş Camal Cəfərov da “Kəpəz”də ikinci mövsümünü keçirib. Orta xətt oyunçusu ötən mövsüm 31 matçda 2 qolla yadda qalıb. Daha əvvəl isə Cəfərov “sarı-göylər” adına 11 oyuna çıxıb.