“Şatl vaxtı” bu dəfə Lənkəranda

Azərbaycan və dünya badminton federasiyalarının birgə əməkdaşlığının nəticəsi olaraq “DBF üzvlük qrantları” layihəsi çərçivəsində “Şatl vaxtı” bu dəfə Lənkəranda təşkil olunub.

Allsport.az saytı xəbər verir ki, əsas məqsəd ölkəmizdə badmintonun kütləviliyinə nail olmaq, məktəblilər arasında bu idman növünə maraq oyatmaq və gənc badminton məşqçiləri yetişdirməkdir.

Lənkəran olimpiya idman kompleksində məşqlərə 60 məktəbli qatılıb. Məktəblilərə ilk olaraq badminton idman növünün qaydaları izah olunub, sonra məşqlərə start verilib.

Layihənin tətbiqi cari ildə daha öncə Gəncə və Şirvan şəhərlərində icra olunub.

Həmin kateqoriyadan