- Baxış sayı: 70
- 20 Oktyabr 2025 17:18
- Baxış sayı: 94
- Noyabr 09, 2025
- 0

14 yaşlı paralimpiyaçımız Zəhra Salmanlı kişi və qadın idmançıların birgə mübarizə apardığı qoşa yarışda (SH-6 kateqoriyası) ingiltərəli komanda yoldaşı Krysten Coombs ilə bu gün final görüşünə çıxıb.
Allsport.az xəbər verir ki, onlar ingiltərəli rəqiblərinə (Jack Shephard, Anya Butterworth) 0:2 məğlub olaraq Avropa çempionatının gümüş medallarını qazanıblar.
20 yaşlı gənc parabadmintonçumuz İbrahim Əliyev də kişi idmançıların birgə mübarizə apardığı qoşa yarışda (SU-5 kateqoriyası) polşalı komanda yoldaşı Bartlomiej Mroz ilə bu gün final görüşünə çıxıb.
Onlar fransalı rəqiblərinə (Lucas Mazur, Meril Loquette) 0:2 hesabı ilə məğlub olaraq Avropa çempionatının gümüş medallarını qazanıblar.
Milli komandamız 8 parabadmintonçu ilə ilk dəfə qitə çempionatında təmsil olunurdu.