- Baxış sayı: 58
- 19 Fevral 2026 21:17
- Baxış sayı: 168
- Fevral 22, 2026
- 0

Azərbaycan voleybol federasiyası (AVF) yeniyetmə və gənc voleybolçular arasında seleksiya prosesini davam etdirir.
Allsport.az xəbər verir ki, “Seçim günü” çərçivəsində növbəti seçimlər Bakı şəhərində keçirilib.
Yeniyetmə və gənc oğlanlardan ibarət milli komandaların baş məşqçisi Cahangir Səid Abbasi Bakı regional voleybol klubunda məşq edən 2012–2013-cü il təvəllüdlü oğlan voleybolçuların hazırlıq səviyyəsi ilə tanış olub.
Seçim mərhələsini uğurla keçən idmançılar yeniyetmələrdən ibarət milli komandaya cəlb olunacaqlar. Növbəti “Seçim günü” fevralın 28-də Şəkidə keçiriləcək.