- Baxış sayı: 33
- 13 Mart 2026 18:57
- Baxış sayı: 7
- Mart 13, 2026
- 0

“Mançester Siti”nin hücumçusu Antuan Semenyo İngiltərə premyer liqasında fevralın ən yaxşı oyunçusu seçilib.
Allsport.az xəbər verir ki, qanalı futbolçu ötən ay keçirdiyi 5 matçda 3 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
Yanvarda “Bornmut”dan transfer edilən 26 yaşlı forvard “şəhərlilər”in heyətində keçirdiyi ilk tam ayda bu mükafata layiq görülüb. O, səsvermədə komanda yoldaşı Niko Oreylli ilə yanaşı, Benjamin Şeşko (“Mançester Yunayted”), Viktor Dyökereş (“Arsenal”), Danqo Ouattara (“Brentford”) və Vircil van Daykı (“Liverpul”) geridə qoyub.