- Baxış sayı: 42
- 24 Dekabr 2024 23:28
- Baxış sayı: 176
- Dekabr 18, 2024
- 0
Bu gün Azərbaycan dövlət bədən tərbiyəsi və idman akademiyasının və idman jurnalistləri federasiyası ilə birgə təşkilatçılığı ilə Sidney uğurlarımızın 20 illiyinə video-konfransı keçirilib. tədbir olimpiya çempionlarımız Namiq Abdullayev və Zemfira Meftəhəddinovanın, eləcə də mükafatçı Vüqar Ələkbərovun Sidney zəfərlərinin 20-ci ildönümü bu günlərdə tamam olur. Hər iki olimpiya çempionumuz AzDBTİA-nın məzunlarıdır.
Videokonfransda əvvəlcə həmin tarixi anları əks etdirən video-çarx nümayiş etdirilib. Ardınca çıxış edən akademiyanın rektoru Fuad Hacıyev idmançıları tarixi uğurlarının 20-ci ildönümü münasibəti ilə təbrik edib və onlara uğurlar arzulayıb. O, qeyd edib ki, müstəqil ölkəmizin Olimpiya uğurlarının başlanğıcı olan Sidney qələbələrimiz 2000-ci ildə Azərbaycanın adını dünyada daha da tanıtdı. Heydər Əliyev olimpiyaçılarımızın uğurlarını yüksək qiymətləndirdi. Milli olimpiya komitəsinin rəhbəri, bu gün ölkə prezidenti olaraq idmana xüsusi diqqət göstərən İlham Əliyevi daim idmançılarımızın yanında olduğunu qeyd edən rektor 20-ci ildönümü münasibətilə hər üç idmançımıza akademiyanın plaketini və xatirə hədiyyəsini təqdim edib.
Konfransda çıxış edən olimpiya çempionlarımız və həmin oyunların mükafatçısı tarixi anları yenidən xatırlayaraq öz xatirələrini bölüşüblər. Hər biri Sidney uğurlarının 20-ci ildönümündə onları virtual olaraq bir yerə topladığı üçün və xatirə hədiyyələrinə görə Akademiya rəhbərliyinə təşəkkürlərini bildiriblər.
Konfransda daha bir olimpiya çempionumuz, GİN-in idman şöbəsinin müdiri Fərid Mansurov, BŞGİBİ-nin rəisi Raqif Abbasov, MOK-un məsul şəxsi Mehman Kərimov, AİJF prezidenti Qabil Mehdiyev və digərləri Azərbaycanın Sidney-2000 uğurları barədə xatirələrini danışdılar və bu tarixi hadisənin qəhrəmanlarını bir daha təbrik ediblər.