- Baxış sayı: 43
- 02 Mart 2026 22:38
- Baxış sayı: 49
- Mart 02, 2026
- 0

“Atletiko Madrid” rəhbərliyi baş məşqçi Dieqo Simeone ilə yola davam etmək qərarına gəlib.
Allsport.az xəbər verir ki, argentinalı mütəxəssisin mövcud müqaviləsi 2027-ci ilin yayına qədər qüvvədə olsa da, klub onunla yeni və daha uzunmüddətli sözləşmə imzalamağı planlaşdırır. Yeni müqavilənin müddətinin 2030-cu ilə qədər uzadılması nəzərdə tutulur.
Simeone 2011-ci ilin dekabrından Madrid təmsilçisini çalışdırır.