Simeone qalır, ya gedir?

“Atletiko Madrid” klubu baş məşqçisi Dieqo Simeone ilə yola davam etmək qərarına gəlib.

Allsport.az xəbər verir ki, 55 yaşlı mütəxəssis və klub rəhbərliyi arasında keçirilən danışıqlar uğurla nəticələnib. Tərəflər müqavilənin müddətinin uzadılması barədə prinsipial razılığa gəliblər. Yeni sözləşmənin 2025/26 mövsümü başa çatdıqdan sonra rəsmən imzalanacağı gözlənilir.

Argentinalı mütəxəssis 2011-ci ilin dekabrından paytaxt təmsilçisinə rəhbərlik edir.

Həmin kateqoriyadan