Simeonedən Yamala barmaq hərəkəti – FOTO

“Atletiko”nun baş məşqçisi Dieqo Simeone İspaniya kubokunun yarımfinalında “Barselona”nın gənc ulduzu Lamin Yamala qarşı hərəkəti ilə gündəmə gəlib.

Allsport.az xəbər verir ki, Madrid təmsilçisinin 4:0 hesablı qələbəsi ilə bitən ilk matçda Simeone üçüncü qoldan sonra nümayişkaranə şəkildə Yamala üç barmağını göstərərək hesabı xatırladıb.

Bu təxribat xarakterli hərəkət “Atletiko”nun meydandakı mütləq üstünlüyünün simvoluna çevrilib. Tərəflər arasında cavab qarşılaşması martın 3-də baş tutacaq.

Həmin kateqoriyadan