Simons premyer liqada

Niderland millisinin yarımmüdafiəçisi Xavi Simons “Leypsiq”dən “Tottenhem”ə keçəcək.

Allsport.az xəbər verir ki, bundesliqa klubu London təmsilçisinin 60 milyon avroluq rəsmi təklifini qəbul edib.

Ötən mövsüm Simons “Leypsiq”in heyətində 33 oyun keçirib, 11 qol vurub və 8 məhsuldar ötürmə edib. Onunla daha əvvəl “Çelsi” də maraqlanırdı.

Həmin kateqoriyadan