Slavko Braliç: “Neftçi”dən dəvət alanda, bir an belə düşünmədən bura gəldim

“Neftçi”nin yeni transferi Slavko Braliç bu keçidlə bağlı ilk fikrini bölüşüb. Allsport.az saytı xəbər verir ki, 25 yaşlı xorvatiyalı mərkəz müdafiəçisi klub televiziyasına açıqlamasında bunları söyləyib:

“Neftçi”dən dəvət alanda, bir an belə düşünmədən bura gəldim. Hədəfim bu mövsüm daha da yaxşı çıxış etmək, Azərbaycan premyer liqasında çempionluq uğrunda mübarizə aparmaq və avrokuboklarda bacardığımız qədər irəliləməkdi.

Söz verirəm ki, uğur qazanmaq üçün əlimdən gələni əsirgəməyəcəm. Oyundan oyuna daha yaxşı çıxış edəcəm.

Həmin kateqoriyadan