- Baxış sayı: 41
- 26 Yanvar 2026 21:26
- Baxış sayı: 433
- Yanvar 26, 2026
- 0

“Liverpul” baş məşqçi postuna Xabi Alonsonu gətirmək üçün hərəkətə keçib.
Allsport.az xəbər verir ki, “qırmızılar” bu ay “Real Madrid”dən ayrılan ispaniyalı mütəxəssisin nümayəndələri ilə əlaqə saxlayaraq müsbət cavab alıblar. Arne Slotun rəhbərliyi altında komandanın qeyri-sabit çıxışı rəhbərliyi bu addımı atmağa sövq edib.
44 yaşlı Alonso Madrid klubunda cəmi 7 ay çalışsa da, 34 oyunda 24 qələbə qazanıb. Onun mövsümün sonunda və ya Slotun istefası halında dərhal sükan arxasına keçəcəyi gözlənilir.