- Baxış sayı: 53
- 25 İyul 2024 12:37
- Baxış sayı: 47
- İyul 26, 2024
- 0
Milli komandamızın voleybolçusu Vüqar Bayramovun Misir Superliqasında şərəfini qoruduğu «Smoha» klubu dünən növbəti oyununu keçirib.
Allsport.az saytı xəbər verir ki, İsgəndəriyyə təmsilçisi 18-ci turda səfərdə «Petrojet» komandası ilə görüşüb. Matç 3:2 «ağ-göylər»in qələbəsi ilə bitib.
Bu görüşdə də həmyerlimiz forma geyinib və komandasına 19 xal qazandırıb. Nəzərinizə çatdıraq ki, «Smoha» cari çempionatda yalnız 1 məğlubiyyət alıb. İsgəndəriyyə təmsilçisi ötən tur «Armiya»ya 1:3 uduzmuşdu.