- Baxış sayı: 94
- 18 Dekabr 2025 19:01

- Baxış sayı: 207
- Dekabr 19, 2025
- 0

Azərbaycan birinci divizionunda çıxış edən “Neftçala” klubu “SOCAR Petroleum”un bu komanda ilə bağlarını qırması barədə yayılan xəbərlərə münasibət bildirib. Allsport.az xəbər verir ki, yayılan məlumatda bunlar qeyd olunub:
“SOCAR Petroleum”un “Neftçala” ilə bağları qırılmayıb. SOCAR-ın törəmə şirkəti əyalət klubunu himayəsində saxlamaqda davam edir və futbolla vidalaşmaq fikrindən uzaqdır. Yanacaqdoldurma məntəqələrini özündə birləşdirən “SOCAR Petroleum” I Divizionun liderini Premyer Liqaya vəsiqə qazanarsa, orda da maliyyələşdirəcək”.