Solomon Kvirkveliya: “Neftçi”də oynamaq çoxdankı arzum idi

“Neftçi”nin yeni transferi Solomon Kvirkveliya müsahibə verib. Allsport.az saytı xəbər verir ki, gürcüstanlı legionçu, “ağ-qaralar”da oynamaq fürsəti yarananda, bir an belə düşünmədiyini qeyd edib: “Mənə zəng vurub, 2 illik müqavilə ilə bağlı, demək olar ki, razılığa gələndə, dərhal evdə əşyalarımı toplayıb tibbi müayinə üçün Antalyaya uçdum.

Çox istəyirdim ki, “Neftçi”nin futbolçusu olum. Çünki bu, tarixi olan çox güclü klubdur, davamlı olaraq avrokuboklarda çıxış edir və Azərbaycan çempionluğu uğrunda mübarizə aparır. Buna görə də müqavilə bağlayıb-bağlamamaq haqda düşünməyə və ya tərəddüd etməyə bir səbəb yox idi”.

Həmin kateqoriyadan