- Baxış sayı: 23
- 27 Noyabr 2024 18:21
- Baxış sayı: 38
- Noyabr 26, 2024
- 0
“Təlim-məşq toplanışları həmişə ağır keçir. Gündə 2 dəfə məşqlər olur ki, bu da əlavə yüklənmə yaradır. Futbolçuların məşqlərə münasibətindən çox razıyıq. Futbolçular yorğunluğa, havanın isti və ya yağışlı olmasına baxmayaraq, məşqlərə böyük fədakarlıqla və istəklə yanaşırlar. Bu da bizim üçün vacibdir. Yeni futbolçuların komandaya uyğunlaşması ilə bağlı tələsməyə ehtiyac yoxdur. Onların çoxu biz məşqlərə başladıqdan sonra komandaya qoşuldular”.
Allsport.az saytı xəbər verir ki, bunu “Sabah”ın baş məşqisi Murad Musayev deyib. O, yeni mövsümə hazırlıqdan razı qaldığını qeyd edib: “Bizim əsas vəzifəmiz zədələrdən qorumaqla, ehtiyatlı bir şəkildə komandaya uyğunlaşdırmaq və onlardan nə tələb olunduğunu izah etməkdən ibarətdir. Buna görə də hazırlıq zamanı onlara çox yüklənmirik. Gündən-günə fiziki hazırlıqlarını bərpa edirlər.
Bu da onların komandaya uyğunlaşmasına şərait yaradır. Əlbəttə, hazırlığa ilk günlərdən qoşulan futbolçular üçün bir qədər daha rahatdır. Onların artıq komandaya tam uyğunlaşdığını demək olar. Gec qoşulan futbolçuların uyğunlaşmaq üçün vaxta ehtiyacları olmasında problem yoxdur. Son oyunlarda futbolda bəzi şeylərin nə qədər önəmli olduğunu gördük.
Əgər işimizin müəyyən hissəsini düzgün yerinə yetirmiriksə, bizi buna görə cəzalandırırlar. Bəli, yoxlama oyunlarında nəticənin vacib olmadığı deyilir. Lakin biz hətta məşqlərdə də qələbə üçün çalışırıq. Yaxşı ki, bu səhvlər təlim-məşq toplanışında baş verdi. Biz indi həmin səhvləri aradan qaldıra və yeni mövsümdə təkrarlanmaması üçün daha diqqətli ola bilərik”.