- Baxış sayı: 2
- 06 Fevral 2026 10:11
- Baxış sayı: 213
- Fevral 04, 2026
- 0

“Tottenhem”in hücumçusu Son Hın Min karyerasını MLS-də davam etdirə bilər.
Allsport.az xəbər verir ki, “Los-Anceles” 33 yaşlı futbolçu üçün 15 milyon funt-sterlinqlik təklif hazırlayır.
London təmsilçisi Sonu 15-20 milyon funt-sterlinq dəyərində qiymətləndirdiyi üçün onu buraxmağa razı ola bilər.
2024/25 mövsümündə Son Hın Min 46 matçda 11 qol vurub və 12 məhsuldar ötürmə edib.