Canni de Byazi: “Son vuruşlarda çatışmazlıqlar var”

Millətlər liqasında Serbiyanın Novı Sad səhərində Belarus – Azərbaycan oytunu 0:0 bitib. Allsport.az saytı xəbər verir ki, mətbuat konfransında millinin baş məşqçisi Canni de Byazi bunu deyib:

“Oyuna pozitiv şəkildə başladıq. Ötən oyunda olduğu kimi, rəqib qapısına 15 zərbə vurduq. Təəssüf ki, qol vurmursansa, qələbə qazana bilmirsən. Oyunu bir nəfər azlıqda tamamlamağımızı nəzərə alsaq, nəticəni baxımından razı ola bilərik.

Amma buraya qələbə qazanmaq üçün gəlmişdik. Komandanın oyunundan çox razı qaldım. Hiss edirəm ki, günü-gündən irəliləyiş var. Artıq topla daha rahat oynayırıq, topu hara gəldi vurmuruq, qol imkanları yaradırıq. İlk hissədə 3-4 qol imkanımız oldu, istifadə edə bilmədik.

Son vuruşlarda çatışmazlıqlar var. Komanda kimi inkişaf edirik. Bizi qrupun ən güclü komandasına qarşı ağır oyun gözləyir. Əminəm ki, meydana kim çıxacaqsa, yaxşı nəticə qazanmaq üçün sona qədər mübarizə aparacaq”.

Həmin kateqoriyadan