“Sona qədər döyüşəcəyik”

“Barselona”nın baş məşqçisi Hansi Flik “Atletiko”ya 0:4 hesablı məğlubiyyəti şərh edərək komandasının oyunundan narazı qaldığını bildirib.

Allsport.az xəbər verir ki, almaniyalı mütəxəssis ilk hissədə görmək istədiyi futbolu meydanda görmədiyini deyib: “Yaxşı oynamadıq. İlk hissədə görmək istədiyim komanda meydanda yox idi. Cavab oyunu çətin olacaq, amma sona qədər döyüşəcəyik”.

Finalçının adına martın 3-də “Kamp Nou”da keçiriləcək cavab görüşündə aydınlıq gələcək.

Həmin kateqoriyadan