Spaletti ilə bağlı qərar verilib

“Yuventus” rəhbərliyi ötən ilin oktyabrında komandaya gətirilən baş məşqçi Luçano Spalettinin fəaliyyətini yüksək qiymətləndirərək, onunla uzunmüddətli müqavilə imzalamağa qərar verib.

Allsport.az xəbər verir ki, Turin təmsilçisinin rəhbərliyi 66 yaşlı mütəxəssisin gəlişindən sonra komandada hiss olunan inkişafdan razıdır və onunla əməkdaşlığı davam etdirməkdə israrlıdır. Hazırkı müqaviləsi mövsümün sonuna qədər olan çalışdırıcıya yaxın həftələrdə 2028-ci ilin ortalarına qədər nəzərdə tutulan yeni sözləşmə təklif ediləcəyi gözlənilir.

“Yuventus” hazırda “A” seriyasında 19 turdan sonra topladığı 36 xalla turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb.

Həmin kateqoriyadan