- Baxış sayı: 37
- 19 Dekabr 2025 23:49

- Baxış sayı: 152
- Dekabr 19, 2025
- 0

Əcnəbi futbolçuların milliləşdirilməsinin xeyri və ziyanı haqqında KİV dəfələrlə yazıb, münasibət bildirib, təhlillər aparıb. Allspot.az saytı xəbər verir ki, “ay-ulduzlular”ımızın son uğursuz çıxışlarından sonra, mövzu yenə gündəmdədir.
AFFA-nın dünyanın dörd tərəfindən bəzən orta səviyyədən də aşağı futbolçular tapıb onlara Azərbaycan pasportunu paylaması çoxlu suallar yaradır.
Bu dəfə mövzu bizim karikaturamızın hədəfidir. Sport7.az-ın rəssamı Elşən Baba növbəti karikaturası ilə AFFA-nı Azərbaycan pasportunu ucuz tutmamağa çağırış edir.