- Baxış sayı: 7
- 05 Fevral 2026 10:25
- Baxış sayı: 174
- Fevral 04, 2026
- 0

Portuqaliya Sequnda liqasında 12-ci turun oyunları keçirilib. Allsport.az saytı xəbər verir ki, azərbaycanlı futbolçu Budaq Nəsirovun komandası növbəti matçına çıxıb.
“Sportinq B” doğma meydanda “Leyşoynş” ilə qarşılaşıb. “Aslanlar” bu matçda qalib gəliblər – 2:1.
Futbolçumuz görüşün 46-cı dəqiqəsində meydana daxil olub. “Sportinq”in 2-ci komandası 17 xalla 22 komanda arasında 9-cu yerdədir.