- Baxış sayı: 35
- 24 Noyabr 2024 22:46
- Baxış sayı: 98
- Noyabr 21, 2024
- 0
“Neftçi”nin sabiq qapıçısı Saşa Stamenkoviç yeni klub axtarışlarını davam etdirir. Allsport.az xəbər verir ki, 30 yaşlı serbiyalı qolkiper bir müddət öncə Rusiyanın “Krılya Sovetov” klubunda baxışda olsa da, görünür, tərəflər razılığa gələ bilməyiblər. Halbuki, o, bu komandanın Moldova “Şerif”i ilə yoxlama oyununda da iştirak etmişdi.
Hazırda isə o, Yunanıstanın “Kerkira” klubunda baxışdadır. Bakılıların bu yay yollarını ayırdığı təcrübəli qapıçının bu komanda ilə danışıqlarının necə alınacağına tezliklə aydınlıq gələcək.