- Baxış sayı: 20
- 06 Fevral 2026 15:54
- Baxış sayı: 215
- Fevral 04, 2026
- 0

“Kəpəz”in yeni baş məşqçisi müəyyənləşib.
Allsport.az xəbər verir ki, Gəncə təmsilçisi bu posta Adil Şükürovu təyin edib. 48 yaşlı mütəxəssislə 2 illlik müqavilə imzalanıb.
O, 2023-cü ilin noyabrından 2024-cü ilin avqust ayına kimi olan dövrdə “sarı-göylər”in baş məşqçisi olub.
Adil Şükürov “Kəpəz”də futbolçu qismində də çıxış edib. O, 1999/2000-ci illər mövsümdə “Kəpəz”in heyətində ölkə çempionatının gümüş medallarını qazanıb, Azərbaycan kubokunu başı üzərinə qaldırıb.