Sulşer yenidən “Mançester Yunayted”də

“Mançester Yunayted”də Ruben Amorimin istefasından sonra baş məşqçi postuna sürpriz namizəd ortaya çıxıb.

Allsport.az xəbər verir ki, klubun sabiq çalışdırıcısı Ole Qunnar Sulşer mövsümün sonuna qədər yenidən komandaya rəhbərlik etməyə hazır olduğunu bildirir.

Norveçli mütəxəssisin müvəqqəti olaraq bu posta keçməsi variantı gündəmə gəlib.

Sulşer 2018-2021-ci illərdə “qırmızı şeytanlar”ı çalışdırıb və onun rəhbərliyi altında komanda premyer liqada 2-ci və 3-cü yerləri tutmaqla yanaşı, Avropa liqasının finalına yüksəlib.

Sulşerin son iş yeri 2025-ci ildə tərk etdiyi “Beşikdaş” olub.

Həmin kateqoriyadan