- Baxış sayı: 51
- 13 Yanvar 2026 19:51
- Baxış sayı: 40
- Yanvar 15, 2026
- 0

Mixael Şumaherin 1997-ci il Belçika qran prisində istifadə etdiyi əfsanəvi “Ferrari F310 B” bolidi hərraca çıxarılır.
Allsport.az xəbər verir ki, “RM Sotheby’s” hərrac evi tərəfindən yanvarın 28-də Parisdə keçiriləcək satışda bu tarixi bolidin 5,5 – 7,5 milyon avro arasında alıcı tapacağı gözlənilir.
Şumaher bu şassi ilə seçmə yürüşündə iştirak edib, lakin əsas yarışda başqa avtomobildən istifadə edib. Bolid bütün orijinal hissələrini qoruduğunu təsdiqləyən xüsusi sertifikata malikdir.