Şumaxerlə bağlı xoş xəbər

Formula-1 əfsanəsi Mixael Şumaxerin səhhəti ilə bağlı illər sonra ilk dəfə ümidverici xəbərlər yayılıb.

Allsport.az xəbər verir ki, 57 yaşlı yeddiqat dünya çempionu artıq yatağa məhkum deyil.

Bildirilir ki, 2013-cü ildəki ağır xizək qəzasından bəri uzanıqlı vəziyyətdə qalan əfsanəvi pilot indi tibbi personalın köməyi ilə əlil arabasında otura və hərəkət edə bilir.

Şumaxer hələ də özbaşına gəzə bilməsə də, bu irəliləyiş onun İsveçrədə və ya İspaniyanın Malyorka adasındakı malikanəsinin həyətində təmiz havaya çıxarılmasına imkan yaradır. Mənbələr qeyd edir ki, Mixael ətrafında baş verənlərin bir hissəsini dərk edir, lakin tam ünsiyyət qura bilmir. Həyat yoldaşı Korinna Şumaxer və xüsusi tibbi komanda onun 24 saatlıq baxımını təmin etməyə davam edir.

Həmin kateqoriyadan