- Baxış sayı: 34
- 25 Mart 2026 22:56
- Baxış sayı: 204
- Mart 25, 2026
- 0

Bir müddət əvvəl Ayaz Mehdiyev və Elnur Abdulovla müqavilə imzalayan “Sumqayıt” Futbol Klubu Azərbaycan millisinin sabiq yarımmüdafiəçisi Amit Quluzadə ilə güclənib. Allsport.az xəbər verir ki, 1992-ci il təvəllüdlü adıçəkilən futbolçu yeni klubu ilə 1 illik müqavilə imzalayıb. Amit “Sumqayıt”da 24 nömrəli forma altında çıxış edəcək.
Qeyd edək ki, Amit karyerası ərzində “Neftçi”, “Kayseri Ərciyəsspor”, “Rəvan”, “Qəbələ” və Portuqaliyanın “Atletiko” CP klublarının şərəfini qoruyub.