- Baxış sayı: 34
- 25 Mart 2026 22:56
- Baxış sayı: 204
- Mart 25, 2026
- 0

Transfer çalışmalarını davam etdirən “Sumqayıt” Futbol Klubu növbəti futbolçunu heyətinə qatıb. Allsport.az xəbər verir ki, son olaraq Türkiyənin “Girəsunspor” klubunda çıxış etmiş Ayaz Mehdiyevlə 2 illik müqavilə imzalanıb.
22 yaşlı futbolçu 25 nömrəli formanı geyinəcək.
Maraq üçün qeyd edək ki, Mehdiyev son dövrlərə qədər AZAL-da baxışda idi. Lakin görünür tərəflər razılığa gələ bilməyiblər.