Sumqayıt olimpiya idman kompleksinin ərazisində ağacəkmə və yaşıllaşdırma

Bu gün Sumqayıt olimpiya idman kompleksinin ərazisində ağacəkmə və yaşıllaşdırma aksiyası keçirilib.

Allsport.az saytı xəbər verir ki, tədbirdə ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev, Sumqayıt OİK-in rəhbəri Zeynəb Məmmədyarova, “Sumqayıt” futbol klubunun prezidenti Riad Rəfiyev, ağır atletika federasiyasının baş katibi Rizvan Rəsulov, Azərbaycan idman jurnalistləri assosiasiyasının prezidenti Eldar İsmayılov və şəhərin nüfuzlu idman ictimaiyyəti nümayəndələri iştirak ediblər.

Kompleks ərazisində 100-dən çox ağac tingi əkilib.

Həmin kateqoriyadan

AzerbaijaniEnglishRussianTurkish